Kür çayında batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB

21:25 - 9 İyul 2020 - HADİSƏ

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batanlardan birinin meyiti tapılıb. 

Çayda batanlardan biri - İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digərlərinin axtarışı isə davam edir.

Qeyd edək ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində həmçinin 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu atıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***20:18

Zərdab rayonunda 3 nəfər Kür çayında batıb.

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızı batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.///report

Xəbər xətti