Kanada DÇ-2026-nın təhlükəsizliyi üçün 106 milyon dollar ayıracaq

17:03 - 30 Aprel 2026 - DÜNYA

Kanada hökuməti Dünya Kuboku zamanı təhlükəsizlik üçün 145 milyon Kanada dolları (106 milyon dollar) ayıracağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik Naziri Qari Anandasanqari bildirib.

Vəsaitlər oyunlara ev sahibliyi edəcək Vankuver (73,15 milyon dollar) və Toronto (32,9 milyon dollar) şəhərlərinə ayrılacaq. The Globe and Mail qəzetinin məlumatına görə, bu, polisə "xuliqanlıq, kütləvi etirazlar və terror hücumları ilə bağlı potensial təhlükəsizlik təhdidlərini izləməyə və qarşısını almağa" kömək edəcək.

Qəzetin məlumatına görə, yerli polislə işləmək və azarkeşləri izləmək üçün xarici mülki geyimli polis məmurları və ya "futbol kəşfiyyatı əməkdaşları" cəlb ediləcək.

Xəbər xətti