Şahin Mustafayev doğulduğu yeri ziyarət etməyib - Paşinyan

14:33 - 30 Aprel 2026 - Xəbər

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin doğulduğu yeri ziyarət etməsi məsələsi onun Ermənistana səfəri zamanı müzakirə olunmayıb.

Ucnoqta.az xəbər verir ki, Paşinyan cümə axşamı keçirdiyi brifinqdə bildirib.

"Mən bundan xəbərsizəm; o, doğulduğu yeri ziyarət etməyib", - Baş nazir deyib.

Baş nazir bildirib ki, nümayəndə heyəti işləri başa vurduqdan sonra Azərbaycana qayıdıb.
Aprelin 29-da Ağveranda Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə dövlət sərhədinin delimitasiya komissiyalarının on üçüncü iclası keçirilib. Ermənistan və Azərbaycan tərəfləri delimitasiya işləri ilə bağlı təlimat layihəsini razılaşdırıb və müvafiq protokol imzalayıblar.

Xəbər xətti