FIFA U-20 Dünya Çempionatı Ermənistan və Gürcüstanda keçiriləcək

10:53 - 29 Aprel 2026 - İDMAN

2029-cu il FIFA U-20 Dünya Kuboku Ermənistan və Gürcüstanda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, FİFA bu barədə sosial media hesabında məlumat verib.

Qeyd olunur ki, bu, hər iki ölkədə keçiriləcək ilk FIFA turniri olacaq.

2025-ci il FIFA U-20 Dünya Kuboku Çilidə keçirilib. Mərakeş turnirin qalibi olub. Finalda komanda Argentinanı 2-0 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda matçda Kolumbiya Fransanı 1-0 hesabı ilə məğlub edib. 2

Qeyd edək ki, 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.

Xəbər xətti