Yəmənin "Ənsar Allah" husiləri ABŞ prezidenti Donald Trampın bölgədəki siyasətinə cavab olaraq Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını beynəlxalq gəmiçilik üçün bağlamağa hazır olduqlarını təsdiqləyiblər.
Ucnoqta.az xəbər verir ki, bu açıqlamanı hərəkatın liderlərindən biri və Husilərin qurduğu hökumətdə xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi verib.
"Əgər Səna Bab əl-Məndəb boğazını bağlamaq qərarına gələrsə, nə insanlar, nə də cinlər onu aça bilməyəcəklər. Buna görə də Tramp və onu dəstəkləyənlər sülhə mane olan bütün hərəkətlərə və siyasətlərə dərhal son qoymalı və xalqımızın və ölkəmizin hüquqlarına lazımi hörməti göstərməlidirlər", - deyə o, X-də yazıb.