İsrail ordusu Livanın cənubunda daha bir itki verib.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, doqquz İsrail əsgəri yaralanıb: biri ağır, dördü orta ağır, dördü isə yüngül xəsarət alıb. Hamısı xəstəxanaya yerləşdirilib.
The Times of Israel qəzetinin məlumatına görə, bu, ordu mühəndislik maşınının yolun kənarına qoyulmuş partlayıcı qurğuya dəyməsindən sonra baş verib..