İsveç Kralı XVI Karl Qustav Ukraynaya səfərə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin Telegram kanalında video yayımlanıb.
Kadrlarda kralın Volodimir Zelenski ilə görüşü göstərilir. Görüşün Lvovda keçirildiyi deyilir.
Səfərin tarixləri və gündəliyi açıqlanmayıb, lakin qeyd olunur ki, bu, İsveç kralının 14 ildən sonra Ukraynaya ilk səfəridir.