Gürcüstan AB-yə qoşulmaq istəyir, lakin ... - Kobaxidze

14:13 - 17 Aprel 2026 - DÜNYA

Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istəyir, lakin Brüssel hazırda tənəzzüldədir, demokratiya və qanunun aliliyi sahələrində çətinliklər yaşayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Antalya Diplomatik Forumunda çıxış edərkən bildirib.

"Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmaqda maraqlıyıq. Eyni zamanda, Avropa İttifaqının özünün bu gün üzləşdiyi çətinlikləri görürük. Bunlar fundamental çətinliklərdir. Bir neçə il ərzində Avropa İttifaqının güclü tərəfləri var idi - güclü kimlik, yüksək rifah göstəriciləri, güclü demokratiya və qanunun aliliyi. Lakin, hazırkı Avropa İttifaqına nəzər salsaq, o, hər üç cəbhədə çətinliklərlə üzləşir", - Kobaxidze bildirib.

Xəbər xətti