Qubada 50 yaşlı kişi bıçaqlandı

11:00 - 13 Aprel 2026 - ÖLKƏ İÇİ

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, aprelin 13-də rayonun Tülər kənd sakini, 52 yaşlı Vasif Dadaşov münaqişə zəminində qonşusu, 50 yaşlı Savalan Şeydayevə bıçaqla xəsarət yetirib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti