Qayınana kürəkəninin dəfnində vəfat etdi - FOTO

09:28 - 13 Aprel 2026 - ÖLKƏ İÇİ

İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib.

Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib.

Xəbər xətti