ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq konqres seçkilərindən əvvəl ölkədə yanacaq qiymətlərinin daha da arta biləcəyi ehtimalını istisna etməyib.
Ucnoqta.az xəbər verir ki, o, bunu Fox News-a verdiyi müsahibədə İrana qarşı müharibədən sonra neft və qaz qiymətlərinin dəyişməsi ilə bağlı bir müxbirin sualını cavablandırarkən bildirib.
"Ümid edirəm ki, olmaz. Düşünürəm ki, bu, belə də ola bilər və ya eyni qala bilər. Bir az daha yüksək ola bilər, amma təxminən eyni olmalıdır. Düşünmürəm ki, bu, o qədər də uzun sürəcək", - Tramp deyib.