Məhdudiyyətlər səbəbindən dörd təyyarə Moskvanın Vnukovo hava limanına enə bilməyib.
Ucnoqta.az xəbər verir ki, hava limanından bu barədə TASS-a məlumat verilib.
Aeroportun informasiya xidmətinin nümayəndəsi bildirib ki, Vnukovoya gedən dörd reys Moskvanın Şeremetyevo hava limanına yönləndirilib.
Xüsusilə, bu reyslər Sankt-Peterburq, Kalininqrad, Astana və Düşənbədən həyata keçirilib.