İsrail ötən gecə Livana 20-dən çox hava zərbəsi endirib

08:07 - 9 Aprel 2026 - DÜNYA

İsrail ordusu dünən gecə Livana 20-dən çox hava zərbəsi həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın "Əl Mayadeen" televiziya kanalı məlumat verib.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Livanın cənubundakı Bint Cbeyl bölgəsindəki kəndlərə 21 hava hücumu həyata keçirib.

Məlumata görə, Livanın cənubundakı Əl-Qəsmiyyə körpüsünə və Beyrutun cənub ətrafı olan Dahiyayaya daha bir hava hücumu qeydə alınıb.

Xəbər xətti