6 nəfərin zəhərləndiyi restoranla bağlı araşdırma başlanıldı

11:48 - 8 Aprel 2026 - Ədəbiyyat

Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

Ucnoqta.az xəbər verir ki, ilk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti