NATO Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə kömək edə bilər - Rutte

21:05 - 9 Aprel 2026 - DÜNYA

Şimali Atlantika Alyansı Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi üçün dəstək verə bilər.

Ucnoqta.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bunu Vaşinqtonda Ronald Reyqan Fondu İnstitutunda çıxışı zamanı bildirib.

O, qeyd edib ki, 34 ölkədən ibarət koalisiya artıq Hörmüz boğazından sərbəst keçidin təmin edilməsi üçün tədbirlər görmək imkanlarını müzakirə edir.

"Düşünürəm ki, bu, ilk addımdır. Əgər NATO kömək edə bilirsə, əlbəttə ki, edəcək. Kömək etməmək üçün heç bir səbəb yoxdur. Əgər faydalıdırsa, biz bunu mütləq edəcəyik", - Rutte deyib.

"Amma düşünürəm ki, bunu addım-addım etməliyik. Çünki NATO-da bu, bütün müttəfiqlər arasında razılaşmalar tələb edir", - deyə baş katib əlavə edib. 

Xəbər xətti