İranın yeni Ali Lideri Müctəba Xamenei Tehranın mərkəzindəki iqamətgahına edilən hava hücumunda aldığı ağır xəsarətlərdən sonra sağalmaqdadır.
Ucnoqta.az bildirir ki, Reuters agentliyi Xameneiyə yaxın üç nəfərə istinadən xəbər verir ki, bu səbəbdən o, ictimaiyyət qarşısına və ya kameralar qarşısına çıxmayıb.
Bildirilir ki, Ali Liderin Tehranın mərkəzindəki iqamətgahına edilən hücum nəticəsində Xameneinin üzü eybəcər hala düşüb və o, bir və ya hər iki ayağından ciddi xəsarətlər alıb.
Agentliyin mənbələrinə görə, fiziki xəsarətlərinə baxmayaraq, Müctəba Xamenei zehni cəhətdən sağlam qalır və ölkənin idarə olunmasında fəal iştirak edir. O, müntəzəm olaraq audio konfrans vasitəsilə görüşlərə qoşulur və münaqişə və ABŞ ilə danışıqların gedişatı ilə bağlı əsas qərarlar qəbul edir.