Avstraliya ABŞ-a Hörmüz boğazını blokada etməkdə kömək etməyəcək

08:50 - 13 Aprel 2026 - DÜNYA

Avstraliya hökuməti Hörmüz boğazını blokada etməkdə ABŞ-a qoşulmağı düşünmür.

Ucnoqta.az xəbər verir ki, bu açıqlamanı xarici işlər və ticarət nazirinin müavini Mett Tisletveyt verib.

O, Sky News-da bildirib ki, Avstraliya hökuməti "blokadaya qoşulmağı düşünmür".

 "Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərini aşağı salmağın ən yaxşı yolu danışıqlar yolu ilə həll yoludur"- nazir deyib.

O əlavə edib ki, Avstraliya 11 apreldə İslamabadda keçirilən danışıqların nəticə verməməsindən məyusdur. Nazir izah edib ki, "bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı birdəfəlik açmağın, beynəlxalq iqtisadiyyatı bərpa etməyin, benzin tədarükünü bərpa etməyin və avstraliyalılar üçün qiymətləri aşağı salmağın ən yaxşı yoludur".

Xəbər xətti