Türkiyənin İstanbul şəhərində, Bahçelievler rayonunda Memar Sinan prospektində 6 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, partlayış baş verən mənzil toxuculuq atelyesi kimi fəaliyyət göstərirmiş.
Partlayış səhər saatlarında baş verib. Binanın sakinləri partlayışın səsindən vahimələnib, zəlzələ baş verdiyini sanıblar. Hadisənin səbəbi hələ ki, açılanmayıb.///report