Ucnoqta.az
www.ucnoqta.az

İstanbulda yaşayış binasında partlayış: 1 ölü, 10 yaralı

10:58 - 27 İyun 2020 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərində, Bahçelievler rayonunda Memar Sinan prospektində 6 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, partlayış baş verən mənzil toxuculuq atelyesi kimi fəaliyyət göstərirmiş.

Partlayış səhər saatlarında baş verib. Binanın sakinləri partlayışın səsindən vahimələnib, zəlzələ baş verdiyini sanıblar. Hadisənin səbəbi hələ ki, açılanmayıb.///report

 

Müəllif: