Qax rayonunda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən, maqnitudası 3.1, dərinliyi 8 km olan təkanlar yerli vaxtla saat 12:41-də Şəki stansiyasından 46 km şimal-qərbdə Qax ərazisində qeydə alınıb.