Tovuzda azyaşlını maşın vurub.
Hadisə rayonun Avtovağzal adlanan ərazisində qeydə alınıb. 2014-cü il təvəllüdlü Əlizadə Eltun Anar oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.///Apa