Ağstafada güclü sel körpüləri dağıtdı - Foto

12:02 - 11 May 2020 - ÖLKƏ İÇİ

Ağstafada güclü yağış və sel bəzi fəsadlar törədib.

Rayonun Yuxarı Göyçəli kəndində Həsənsu çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən rayonun Köçü Əsgər və Eynallı, Yuxarı Göyçəli ,Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər.

Bundan başqa, Yuxarı Göyçəli kəndində də iki körpünü sel aparıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.///Apa


Xəbər xətti