“Twitter”in yaradıcısı koronavirusla mübarizəyə 1 milyard dollar ayırdı
08:36 - 8 Aprel 2020 - DÜNYA
“Twitter”in banisi Cek Dorsi COVID-19-la mübarizəyə 1 milyard ABŞ dolları ianə edib.
“Report” xəbər verir ki, bu barədə o özü sosial şəbəkədəki səhifəsində yazıb.
"Mən COVID-19-a qarşı qlobal yardımı maliyyələşdirmək üçün “Square” şirkətinin səhmlərindən - “Start Small” fonduna sərvətimin təxminən 28%-ini - 1 milyard dollar (ABŞ dolları) - ayırıram”, - Dorsi yazıb.
Onun sözlərinə görə, nə vaxt ki, pandemiya bitəcək, fond diqqəti sağlamlığa və qızların təhsilinə yönəldəcək.