Ucnoqta.az
www.ucnoqta.az

“Twitter”in yaradıcısı koronavirusla mübarizəyə 1 milyard dollar ayırdı

08:36 - 8 Aprel 2020 tarixində dərc olunub.
“Twitter”in banisi Cek Dorsi COVID-19-la mübarizəyə 1 milyard ABŞ dolları ianə edib. “Report” xəbər verir ki, bu barədə o özü sosial şəbəkədəki səhifəsində yazıb. "Mən COVID-19-a qarşı qlobal yardımı maliyyələşdirmək üçün “Square” şirkətinin səhmlərindən - “Start Small” fonduna sərvətimin təxminən 28%-ini - 1 milyard dollar (ABŞ dolları) - ayırıram”, - Dorsi yazıb. Onun sözlərinə görə, nə vaxt ki, pandemiya bitəcək, fond diqqəti sağlamlığa və qızların təhsilinə yönəldəcək.
Müəllif: