Sumqayıtda üzərinə hasar uçan fəhlə ölüb

16:00 - 22 Mart 2020 - HADİSƏ

Sumqayıtda kişi daş hasarın altında qalaraq ölüb.

Hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib.  Fərdi yaşayış evlərindən birində fəhlə işləyən şəxsin üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti