Salyanda İranın yük maşını aşdı- sürücü xəsarət aldı

11:03 - 19 Fevral 2020 - HADİSƏ

Ötən axşam Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində İrana məxsus yük maşını aşıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 42 yaşlı Növbəxt Xudaverdi oğlu Növbəxt müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Hadisənin yük maşını sürcüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır./virtualaz.org

Xəbər xətti