Məşhur meyxana ustadı Namiq Məna (Əliyev) hər kəsi təəccübləndirəcək açıqlama verib.
Sənətçi “Ona qalsa” proqramında qonaq olarkən ölümlə üz-üzə gəldiyini bildirib.
Namiq yeməyinə mismar atıldığını, 3 il ərzində çətin anlar yaşadığını söyləyib: “1991-ci il idi. 7-8 il sənətdə idim, iri addımla irəliləyirdim. O vaxt yeməyimə kiçik mismar atmışdılar, yemişdim, boğazımda qalmışdı. İdmanla məşğul olduğum üçün ağrımı hiss etməmişdim. Üç ilə yaxın boğazımda mismar qalıb.
Elə məsələr var ki, sözlə ifadə etmək çətindir. Bu illər ərzində çox problemlə rastlaşdım. Dərdimi bilmirdim, boğazım sancırdı. Elə bilirdim ev şənliklərində çox oxuduğum üçün belə olur. Amma sonra təzyiq yarandı, arıqladım, yataq xəstəsi oldum. Daha sonra təbəbat üsulu ilə mismarı çıxardılar. Sağaldım, beynimə qan açıldı”./qafqazinfo