“Aşk Tesadüfleri Sever- 2” ümidləri doğrultmadı

11:47 - 7 Fevral 2020 - MAQAZİN

Türkiyə istehsalı olan “Aşk Tesadüfleri Sever- 2” filmi uğursuzluqla nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, Yiğit Kirazcı, Nəsrin Cavadzadə, Elif Doğan, Aytaç Şaşmaz və Zühal Olcayın rol aldığı ekran işi ötən cümə 620 kinozalda təqdim edilib. Lakin film ilk üç gündə 79 min 631 nəfər tərəfindən izlənilib və bundan 1 milyon 556 min lira gəlir əldə olunub.

Halbuki, filmin birinci versiyası hələ 9 il bundan əvvəl 2 milyon 418 min tamaşaçı tərəfindən baxılıb.

Qeyd edək ki, “Aşk Tesadüfleri Sever- 1”in baş qəhrəmanları Mehmet Günsür və Belçim Bilgin olub.

 


Xəbər xətti