Amerika Kino Sənəti Akademiyası “Oskar” mükafatını qaliblərinə təqdim edəcək məşhurların adlarını açıqlayıb.
“Qafqazinfo” bildirir ki, bu barədə Akademiyanın Tvitter səhifəsində məlumat verilib.
Laureatlar qızıl heykəlcikləri Kianu Rivz, Penelopa Krus, Siqurni Uiver, Dayan Kiton, Ceyms Korden, Şaya Labaf, Stiv Martin, Corc Makkey, Maya Rudolf, Zak Qottzaqen və Beni Feldşteynin əllərindən alacaq.
Ötən ildə olduğu kimi, bu ildə mükafatlandırılma mərasiminin aparıcısı olmayacaq.
Qaliblərin mükafatlandırılması Los-Ancelesdə fevralın 9-dan 10-a keçən gecə keçiriləcək.