Pekində koronavirusdan ilk ölüm hadisəsi baş verib
22:55 - 27 Yanvar 2020 - DÜNYA
Bu gün Pekində yeni koronavirusun törətdiyi pnevmaniyadan ilk ölüm hadisəsi qeydə alınıb.
Bu barədə “Report” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
Bildirilir ki, paytaxtda virusa yoluxanların sayı 8 nəfər artaraq 80-ə çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. Yeni tipli pnevmaniya nəticəsində dünyasını dəyişən 50 yaşlı xəstə ayın 15-də virusun yayılmağa başladığı Uhan şəhərindən qayıdıb.