Ucnoqta.az
www.ucnoqta.az

Pekində koronavirusdan ilk ölüm hadisəsi baş verib

22:55 - 27 Yanvar 2020 tarixində dərc olunub.
Bu gün Pekində yeni koronavirusun törətdiyi pnevmaniyadan ilk ölüm hadisəsi qeydə alınıb. Bu barədə “Report” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir. Bildirilir ki, paytaxtda virusa yoluxanların sayı 8 nəfər artaraq 80-ə çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. Yeni tipli pnevmaniya nəticəsində dünyasını dəyişən 50 yaşlı xəstə ayın 15-də virusun yayılmağa başladığı Uhan şəhərindən qayıdıb.
Müəllif: