Bu gün Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də qeydə alınıb. Zəlzələ Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə baş verib.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.