Şakira yeni görünüşü ilə mat qoydu - Foto

11:54 - 15 Yanvar 2020 - MAQAZİN

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira yeni imici ilə gündəmə gəlib.

İfaçı uzun sarı saçlarını kəsdirərək qəhvəyi rəngə boyayıb.

Yeni imicini sosial media hesabında paylaşan ifaçının izləyiciləri onu bəyənib, bu imicin yaraşdığını bildiriblər.

Şakira 2020-ci ilin ilk mahnısını da təqdim edib. Fevralın 3-də Cennifer Lopezlə eyni səhnəni paylaşacaq ifaçı bir çox yeniliklər edəcəyini açıqlayıb./oxu.az

 


Xəbər xətti