Şimal bölgəsinə qar yağıb

10:25 - 11 Yanvar 2020 - ÖLKƏ İÇİ

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib. APA-nın verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib. 

Xəbər xətti