Rusiyanın Lipetsk vilayətində Moskva-Tbilisi reysi üzrə hərəkət edən avtobus qəzaya düşüb.
Nəqliyyat vasitəsi sürüşkən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 sərnişin ölüb, daha 8 nəfər xəstəxanaya çatdırılıb. Digər sərnişinlərə ilkin tibbi yardım göstərilib.
Avtobusda 2-i sürücü olmaqla, ümumilikdə 19 nəfər olub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır./report