Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb- <font color=red><b>2 ölü, 8 yaralı</b></font>

23:21 - 26 Dekabr 2019 tarixində dərc olunub.

Rusiyanın Lipetsk vilayətində Moskva-Tbilisi reysi üzrə hərəkət edən avtobus qəzaya düşüb.

Nəqliyyat vasitəsi sürüşkən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 sərnişin ölüb, daha 8 nəfər xəstəxanaya çatdırılıb. Digər sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Avtobusda 2-i sürücü olmaqla, ümumilikdə 19 nəfər olub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır./report

Müəllif: