Türkiyədə yaşayan müğənni İradə İbrahimova uzun fasilədən sonra həyat yoldaşı Ceyhun İzərin fotosunu sosial şəbəkədə paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi şəkilə maraqlı şərh yazaraq ərinə sevgisini bir daha etiraf edib:
“Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara dözməyi bacaran bir xarakter istəyir. Əslində, evlənmək dözüləcək bir iş deyil. Həyat yoldaşı həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Bu sözüm qarşı tərəf üçün də keçərlidir. Münasibətlər “dözürəm, neyləyim?” deyə davam edə bilməz. Bu cür düşünən nə kişiyə, nə də qadına hörmət edirəm.
Həqiqətən, bir- birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil. Bir-birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, dəliqanlı. Çox şanslıyam və həyatda hər zaman şükür etmə səbəbim oldun. Səndən çox razıyam, Allah da razı olsun. Çox sevirəm”.
Qeyd edək ki, İradə 2009-cu ildə ailə quraraq Türkiyəyə köçüb. Onun iş adamı C. İzərlə nikahından iki övladı var.