Quba-Xaçmaz yolunda qəza - 1 nəfər ölüb

09:56 - 26 Dekabr 2019 - HADİSƏ

Quba-Xaçmaz yolunda qəza baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 26-da qeydə alınıb.

“Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında ağaca çırpılıb. Hadisə nəticəsində 1 nəfər vəfat edib, 1 nəfər xəsarət alıb.

Hazırda FHN-in Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları avtomobilin içində sıxılıq qalmış meyitin çıxarılmasına çalışırlar.

Xəbər xətti