Ucnoqta.az
www.ucnoqta.az

Quba-Xaçmaz yolunda qəza -<font color=red><b> 1 nəfər ölüb</b></font>

09:56 - 26 Dekabr 2019 tarixində dərc olunub.

Quba-Xaçmaz yolunda qəza baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 26-da qeydə alınıb.

“Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında ağaca çırpılıb. Hadisə nəticəsində 1 nəfər vəfat edib, 1 nəfər xəsarət alıb.

Hazırda FHN-in Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları avtomobilin içində sıxılıq qalmış meyitin çıxarılmasına çalışırlar.

Müəllif: