ŞOK İDDİA: Cinsiyyətini dəyişib ərə gedən bloqer arvadı ilə əsgər yoldaşı olub? - FOTO

13:39 - 18 Dekabr 2019 - MAQAZİN

Cinsiyyətini dəyişərək qadın olan Selin Ciğerci və futbolçu həyat yoldaşı Gökhan Çıranın əsgər yoldaşı olması xəbərləri gündəmi zəbt edib.  

"Tuzlaspor”da oynayan Gökhan Çıra və "Qalatasaray”ın kapitanı arasında oyundan sonra yaranan dava qalmaqala səbəb olub. Davadan sonra Selin ilə Gökhanın əsgərlik yoldaşı olması "Twitter”də gündəm olub. Ortaya atılan iddia qısa zaman ərzində trendə çevrilib. Bir çox izləyicilər məsələ ilə bağlı maraqlı paylaşımlar edib.

Həyat yoldaşı ilə "Twitter”də trend olan futbolçu onlar haqqında yazılanlara öz etirazını bildirib:
"Heç vaxt məni həyat yoldaşımla vurmağa çalışmayın. Ölənə kimi onun arxasındayam. Onun haqqında mənə nəsə deyən olsa, cavabını alacaq. Ona daha artıq şeylər edəcəm. Hər kəsin də bunu bilməsini istəyirəm. Özünü kişi hesab edənlər sözlərini üzümə desin”.

Qeyd edək ki, bloqer oktyabrın 28-də futbolçu Gökhan Çıra ilə ailə həyatı qurub.
Selin toyda üç gəlinlik geyinib. Gəlinliklərdən birinin çəkisi 40 kiloqram olub./azxeber.com


Xəbər xətti