Göyçayda 38 yaşlı kişi ürəyindən bıçaqlandı
23:20 - 16 Dekabr 2019 - HADİSƏ
Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Texnologiya Kollecinin yaxınlığında qeydə alınıb.
Belə ki, Şuşa rayonundan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlu Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil tərəfindən ürək nahiyəsindən 1 bıçaq zərbəsi alıb.
Yaralı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyət ağırdır.
Faktla bağlı araşdırma aparılır.
/qafqazinfo