Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda 38 yaşlı kişi ürəyindən bıçaqlandı

23:20 - 16 Dekabr 2019 tarixində dərc olunub.
Göyçayda bıçaqlanma hadisəsi baş verib. Hadisə Texnologiya Kollecinin yaxınlığında qeydə alınıb. Belə ki, Şuşa rayonundan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlu Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil tərəfindən ürək nahiyəsindən 1 bıçaq zərbəsi alıb. Yaralı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyət ağırdır. Faktla bağlı araşdırma aparılır. /qafqazinfo
Müəllif: