“Vicdan haqqı” serialında Larisa obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova daha bir klipini təqdim edib.
Çimnaz Sultanova musiqisi və sözləri Miro İsgəndərova məxsus “Yeni il” adlı mahnını ekranlaşdırıb.
Ekran işinin rejissorluğu Nicat Alışova həvalə edilib.
Yeni il ab-havalı olan klipin çəkilişlərində Çimnaz yenə də seksual səhnə obrazı ilə diqqətləri üzərinə cəlb edib. Divanda uzanan Çimnazın üstünə göydən 100 avroluq əskinaslar səpilib.
Ekran işi studiyaların birində lentə alınıb.
Qeyd edək ki, bu, Çimnaz Sultanovanın müğənni kimi sayca üçüncü işidir./oxu.az