Ağacan Abiyev növbədənkənar parlament seçkilərində namizəd olmayacağını açıqlayıb

15:24 - 28 Noyabr 2019 - Xəbər

“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyimi irəli sürməyəcəyəm”.

Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ağacan Abiyev deyib. Deputat Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının parlamentin buraxılması barədə təşəbbüsünü düzgün adlandırıb: “İstər 5, istər 10, istərsə də 15 il olsun, hesab edirəm ki, dinamik dəyişmə olmalıdır. Dinamik dəyişmə tez-tez olursa demək ki, hərəkətlidir. Dinamika yüksək olan yerdə böyük dəyişikliklər ola bilər”.

Xəbər xətti