Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub - Foto

19:16 - 26 Noyabr 2019 - Xəbər

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə görüşüb.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Görüşdə ölkələr arasındakı siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər həmçinin müxtəlif parlamentlərarası formatlarda əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini də nəzərdən keçiriblər.
Görüşdə Milli Məclisin üzvü Azay Quliyev də iştirak edib. /report


Xəbər xətti