Nigarla Eldar Türkiyədə dərsliklərdə - Foto

16:27 - 26 Noyabr 2019 - MAQAZİN

 

Müğənnilər Nigar Camal və Eldar Qasımovun “Eurovision” qalibiyyəti Türkiyədə dərsliklərə salınıb.

Bu barədə N.Camal sosial media hesabında paylaşım edib. Yunus Əmrə İnstitutunun hazırladığı “Yedi İklim Türkçe” dərsliyində həmyerlərimizin uğuru belə yer alıb:

“56-cı “Eurovision” musiqi yarışması 14 may 2011-ci ildə Almaniyanın Düsseldort şəhərində keçirilib. Yarışmanın birincisi 221 xalla Azərbaycan olub. Azərbaycanın mahnısını Eldar nə Nigar söyləyib. italiya 189 balla ikinci, İsveç isə 185 balla üçüncü olub”.

Qeyd edək ki, ifaçılar “Running Scared” mahnısı ilə birincilik əldə etmişdi./axsam.az


Xəbər xətti