Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb

12:28 - 26 Noyabr 2019 - Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə iş müstəvisində Tərtər rayonunun Hüsənli kəndində yeni məşğulluq layihəsinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, layihə çərçivəsində rayonda 23 nəfər suvarma kanallarının təmizlənməsi işlərinə cəlb olunub. Bu da bir tərəfdən kanalların təmizlənməsi ilə əkin sahələrinin suvarılması işinə öz faydasını verməklə, daha bir qrup rayon sakininin məşğulluğuna imkan verib.

Həmin işçilərin əməkhaqqı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.

Xəbər xətti