Müğənni Tacir Şahmalıoğlu illər sonra duet ortağı Fədayə Laçınla eyni səhnəni bölüşüb.
İfaçılar məclislərin birində duet oxuyublar. Məclisdən videonu sosial şəbəkədə paylaşan Tacir yazıb: “Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı”.
Qeyd edək ki, 2017-ci ildə həbs edilən, bu ilin oktyabrında isə azadlığa çıxan Fədayə Laçınla Tacir Şahmalıoğlunun münasibətlərində soyuqluq yaranmışdı. Fədayə azadlığa çıxdıqdan sonra Tacir onunla duet oxumaq fikrində olduğunu bildirmişdi./qafqazinfo