Renkadan ehtiraslı açıqlama: “Bizdə qarnı olan rəqqasəni sevmirlər”

15:38 - 25 Noyabr 2019 - MAQAZİN

Renka adı ilə tanınan rəqqasə Rəna Ağamuradova Buta.ws saytına açıqlama verib.

Rəqqasə bu sahədə özünə rəqib görmədiyini bildirib: “Düzdü, məni təkrarlayanlar var, amma onları rəqib saymıram. Təki rəqqasələrin sayı çoxalsın, bu rəqsi sevdirsinlər, mən heç vaxt bu işə pis baxmıram. Sağlam rəqabət aparmaq lazımdır. Efirlərə çıxıb bir-birinin arxasınca danışmasınlar. Bu ayıbdır ” deyə rəqqasə bildirib.

“Rəqqasənin qarnı olmalıdır?” sualına isə Renka bu cür cavab verib:
“Əslində rəqqasənin qarnı olmalıdır, amma bizdə sevmirlər. Misirdə, Ərəb ölkələrində çoxdur. Bizdə balet deyilki, düz ayaq, düz qarın olsun. Bir rəqqasə var, 100 kilodur. Çox kökdür və çox da gözəl oynayır. O rəqqasənin fotolarını instagrama yükləyib, məni işarələyiblər. Ordan tanıyıram onu” deyə rəqqasə bildirib.

Xəbər xətti