“ASAN Xidmət”ə müraciətlərin sayı 34 milyonu keçib

11:06 - 25 Noyabr 2019 - Xəbər

Bu günə qədər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərinə 34 milyondan çox müraciət olub.

Bu barədə Bakıda keçirilən "StartUpFest2019" tədbirinin rəsmi açılış mərasimində Agentliyin sədri Ülvi Mehdiyev məlumat verib.
“Bu müraciətlər 7 milyon unikal şəxs tərəfindən edilib, yəni bir nəfər bir neçə dəfə müraciət edib”, - o deyib./report

Xəbər xətti